14.06.2021

Bu gün ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur

Bu gün Ağdam rayon ümumitəhsil məktəblərində Qələbə sevincli  “Son zəng” tədbiri qeyd olunub.Tədbirdə II Qarabağ müharibəsi qaziləri, müəllimlər, şagird və valideynlər iştirak ediblər. 

 

Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir. Onlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

 

2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.

 


Açar sözlər: ,  ,  ,