10.06.2021

“Ən yaxşı təqdimat" müsabiqəsinin qalibi

    Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat" müsabiqəsinə təqdim edilmiş video-çarxlar arasında  Ağdam rayon 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Teymurova Aynur Vüqar qızının təqdimatı müsabiqənin qalibi olaraq III dərəcəli diplomla təltif edilib. Bununla əlaqədar Ağdam RTŞ-nin müdir əvəzi Bayram Məmmədov və məktəbin metodisti Sədaqət Həsənova Təhsil Nazirliyinin diplom və hədiyyəsin Aynur Teymurovaya təqdim edib. 

    Müsabiqənin keçirilməsində məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, böyuk dövlət xadimi Heydər Əliyevin şərəfli həyatı və fəaliyyəti, zəngin siyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək olub.


Açar sözlər: ,  ,