Tədris ilinin II yarısından başlayaraq ümumtəhsil məktəblərində I siniflər üçün komissiya yaradılır. Komissiya sənədlərə baxıb 6 yaşı tamam olan uşaqları I sinifə qəbul edir. Bunun üçün valideynin ərizəsi, sağlamlıq haqqında (forma-26), 2 ədəd 3*4 ölçüdə foto şəkil tələb olunur. Ərizədə uşağın öyrənəcəyi xarici dil də göstərilir. 

15 sentyabr vəziyyətinə 6 yaşı tamam olmayan,xüsusi istedada malik uşaqların I sinifə vaxtından əvvəl qəbulu Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun aparılır.