Misirxanova Mətanət Səhrad qızı

Müdir

 

08 mart 1974-cü ildə Ağdam rayonu Kəngərli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsinə daxil olmuş və 1996-cı ildə Universitetin bioloq, biologiya və kimya müəllimi ixtiası üzrə bitirmişdir. 1994-cü ildə qiyabi şöbəyə keçdiyi üçün ixtisası üzrə Ağdam 16 saylı köçkün orta məktəbinə müəllim təyin olunmuşdur. 1995-ci ildə 16 saylı köçkün orta məktəbindən 85 saylı köçkün orta məktəbinə ixtisası üzrə müəllim köçürülmüşdür. Eyni zamanda 1995-ci iləd Ağdam 18 saylı köçkün orta məktəbinə də kimya-biologiya müəllimi təyin olunmuşdur.

1999-cu ildə öz ərizəsinə əsasən YAP sıralarına daxil olmuşdur. 2004-cü ildə Ağdam RTŞ tərəfinədn keçirilən “İlin müəllimi” müsabiqəsində I yerə layiq görülmüş və fəxri fərmanla mükafatlandırılmışdır. 08.10.2009-cu ildə Ağdam RTŞ tərəfindən “Quzanlı qəsəbə körpələr evi-uşaq bağçası”na müdir təyin olunmuşdur. 2014-cü ildən YAP Ağdam rayon Təşkilatı Qadınlar Şurasına sədr seçilmişdir. 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 noyabr 2015-ci il tarixli 48-25-7589/16 saylı məktubu və Rayon İcra Hakimiyyətinin 13 noyabr 2015-ci il tarixli 327 nömrəli əmrinə əsasən Ağdam Rayon Təhsil Şöbəsinin müdir vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.