10.03.2020

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri aparılıb

    Ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilib.

    Ağdam Rayon Təhsil Şöbəsinin tabeliyindəki 135 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

    Onu da qeyd edək ki, Təhsil Nazirliyinin 24 fevral 2020-ci il tarixli təlimati məktubunun tələblərinə əsasən, məktəb kollektivləri, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə işləri aparılmış, kütləvi tədbirlər və ekskursiyalar məhdudlaşdırılmışdı. Məktəb həkimləri tərəfindən mövsümi respirator xəstəlik əlamətləri müşahidə olunan şagirdlərin ərazi üzrə poliklinikalara yönləndirilməsinə və tibb otaqlarının müvafiq zəruri vasitələrlə təchiz olunmasına nəzarət artırılmışdı.