04.03.2020

Müsabiqə qalibləri mükafatlandırılıblar

   Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyası çərçivəsində keçirilmiş futzal turnirinin ən yaxşıları və məktəblilər arasında inşa müsabiqəsinin qalibləri ilə görüş keçirilib. 

    Qeyd edək ki, ərazisi işğalda olan rayonların məktəbliləri arasında keçirilmiş  inşa müsabiqəsində məcburi köçkün yeniyetmələrin vətən keşikçiləri haqqında öz ürək sözlərini, duyğu və düşüncələrini ifadə etməsinə şərait yaradılıb. Müsabiqəyə Şuşa, Laçın, Kəlbəcər, Xocavənd, Xocalı, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının məktəblilərindən ümumilikdə 41 iş göndərilib. İnşa işləri birinci mərhələdə rayon təhsil şöbələri, sonra isə Dövlət Komitəsində yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilib.

    Müsabiqədə  Ağdam rayon 1nömrəli köçkün tam orta məktəbin IX sinif şagirdi Fatimə Səfərova və Ağdam rayon 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəqsanə Nuruyeva I yerə layiq görülərək mükafatlandırılıblar.

 


Açar sözlər: ,