21.02.2020

Şura iclası keçirilib

    Fevralın 21-də  Ağdam Rayon Təhsil Şöbəsində şura iclası keçirilib. İclasda təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri, IX sinifdə dərs deyən ana dili, riyaziyyat, ingilis dili müəllimləri iştirak ediblər.

    Şurada 14 dekabr 2019-cu il tarixində Respublikanın bütün dövlət ümumitəhsil məktəblərində IX sinif şagirdlərinin Ana dili, Riyaziyyat və Xarici dil fənlərii üzrə biliklərinin qiymətləndirilməsi üçün həyata keçirilmiş milli qiymətləndirmənin nəticələri, rayon məktəblərində aparılmış monitorinqlərin nəticələri və cari məsələlər ətraflı müzakirə edilib. 

    İclasın sonunda müxtəlif müsabiqələrdə, idman yarışlarında uğur qazanmış məktəblər və onların kollektivləri Rayon Təhsil Şöbəsi tərəfindən fəxri fərman , diplom və tərifnamə ilə təltif ediliblər.


Açar sözlər: ,  ,