04.12.2019

Azərbaycan dili və Ədəbiyyat müəllimi İsayeva Eliza Barat qızı

Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi İsayeva Eliza Barat qızı ilə həmsöhbət olduq. Eliza müəllimə Azərbaycan Respublikasının təhsil işçilərinin “Əməkdar Müəllim” fəxri adı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq təhsilin inkişafındakı xidmətlərinə görə 3 oktyabr 2019-ci ildə “Əməkdar Müəllim” fəxri adına layiq görülüb.

-Özünüzü təqdim edin

-Mən İsayeva Eliza Barat qizi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix--filologiya fakultəsinin Azərbaycan-dili və ədəbiyyatı ixtisasını bitirmişəm, 26 ildir müəllim işləyirəm.

-Müəllim olmaq uşaqlıq arzunuz idi?

-Bəli. Müəllim olmaq istəyim məktəb illərindən başlayıb, bu peşəni mənə sevdirən mənim doğma, əziz müəllimllərim və təhsili olmasada mənəviyyatca zəngin olan sinəsi el bayatılı anam olub.

-“Əməkdar müəllim” adına layiq görülmüsüz. Bu necə bir hissdir?

- Öncə mən ölkə prezidenti İlham Əliyev cənablarına dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Calışdığım bütün illərdə mən hər zaman şagirdlərin təhsilini, inkişafını, biliyini və gələcəyini düşünmüşəm.

-Gənc müəllimlərə tövsiyyələriniz.

-Müəllim kimi müqəddəs bir adı şərəflə daşımağı diləyirəm.


Açar sözlər: ,