07.11.2019

Dövlət Bayrağı Günü münasibətilə yürüş keçirilib

    Noyabrın 7-də Təhsil və Müdafiə nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.

    Rayon Təhsil şöbəsinin yanından başlayan yürüş Bayraq meydanına qədər davam edəcək. Yürüş məsafəsi 1 kilometrdən çoxdur. Bu məsafəni yürüyəcək minlərlə insan toplaşıb. Əllərində bayrağı, ürəyində bayrağına, torpağına, vətəninə sevgisi ilə hər kəs öz yerini tutmağa çalışır.
    Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
    Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, Milli Məclisin deputatları, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli,Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Ağdam Rayon Təhsil Şöbəsinin əməkdaşları, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak ediblər.


Açar sözlər: ,  ,  ,  ,