22.10.2019

Şair-publisist Şahmar Əkbərzadənin yaradıcılıq gecəsi

    Ağdam Rayon Təhsil Şöbəsinin təşkilatçılğı ilə Cəmənli kənd tam orta məktəbində görkəmli şair-publisist Şahmar Əkbərzadənin həyat və yaradıcılığına həsr edilmiş tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vaqif Həsənov, Ağdam Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Pərviz İsmayılov, Ağdam RTŞ-nin müdiri Mətanət Misirxanova, RTŞ-nin əməkdaşları, şairin ailə üzvləri, məktəb rəhbərləri və şagirdlər iştirak ediblər.

  Tədbirdə çıxış edən Vaqif Həsənov şairin vətənə sevgisindən söhbət açaraq bildirib ki, gələcək övladlarımızda vətənpərvərlik ruhunun aşılanması vacib məsələlərdən biridir, tədbirin təşkilatçıları metodist Züleyxa Bəşirova və Bənövşələr kənd tam orta məktəbin müəllimi Aytən Qasımovaya təşəkkürünü bildirdi.Tədbirdə çıxış edənlər onun həyat və yaradılıcığından geniş söhbət açıblar. Şagirdlərin ifasında şairin şeirləri səsləndirilib.

    Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.


Açar sözlər: ,