04.10.2019

Müəllimlər günü münasibətilə tədbir keçirilib

    5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov, Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova, müəllimlər və təhsil işçiləri ştirak ediblər. Cənab V.Həsənov və rayonun təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. 

   Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov, təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və başqaları çıxış edərək, müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, təhsilə göstərilən diqqət və qayğıdan, rayon müəllimlərinin qazandığı uğurlardan danışıblar. Çıxışlarda bildirilib ki, 2018-2019 cu tədris ilinin məzunlarından 538 nəfər ali məktəblərə qəbul olunub. İmtahanlarda 23 nəfər 600-dən yuxarı, 85 nəfər isə 500-600 arası bal toplayıb.
    Tədbirdə bir qrup qabaqcıl təhsil işçisinə fəxri fərman təqdim olunub.


Açar sözlər: ,