16.09.2019

Rayon ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilib

    Ağdam rayon ümumtəhsil məktəblərində “Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilib.

   Tədbirdə Ağdam RayonTəhsil Şöbəsinin müdiri Mətanət Misirxanova, Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Ağa Zeynalov, məktəb rəhbərliyi, sabiq məzunlar, valideyn və şagirdlər iştirak edib.

  Tədbirdə çıxış edən RTŞ-nin müdiri Mətanət Misirxanova yeni tədris ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı diləyib.

    Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Birincilərin ifasında şeirlər səsləndirilib.

   Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ilində ilk dərslər ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

 


Açar sözlər: ,  ,  ,