27.08.2019

Könüllü olaraq fəaliyyət göstəriblər

    Ağdam rayon 14 nömrəli TFT məktəb liseyin direktoru Zərif Mehdiyeva və 65 nömrəli köçkün tam orta məktəbin direktoru Ruslan Abbasov TİPİİ-nin İnsan resursları mərkəzində ictimai əsaslarla könüllü olaraq fəaliyyət göstəriblər. 2017-ci ildən Müəllimlərin işə qəbulu, Direktorların işə qəbulu, Diaqnostik qiymətləndirmə üzrə keçirilən imtahanlarda imtahan proseslərinin təşkilində yüksək peşəkarlıqla iştirak edərək daim işgüzarlıqları və aktivlikləri ilə fərqləniblər.

    Bütün imtahan proseslərinin təşkilində, keçirilməsində TİPİİ-nin İnsan resursları mərkəzinə, iştirak edən bütün könüllülərə birlik və obyektivlik göstərdikləri üçün dərin təşəkkürümü bildirirəm Zərif Mehdiyeva.