23.08.2019

Ağdam rayonu üzrə ən yüksək nəticə əldə edən məzun

    Ağdam rayon 71 nömrəli köçkün tam orta məktəbin məzunu Sadıxova Samirə Araz qızı ilə görüş təşkil edilib. Qeyd edək ki, Samirə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanında 681 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə İşi ixtisasına qəbul olunub. Belə ki, məzunumuz Ağdam rayonu üzrə ən yüksək nəticə gostərib, təhsil aldığı müddətdə yüksək nəticələrinə əsasən tam orta təhsil səviyyəsini "Xüsusi nümunəli" attestat ilə bitirən Sadıqova Samirə Təhsil naziri Ceyhun Bayramovun "Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında" əmrinə əsasən qızıl medalla layiq görülüb.

    Samirə öz sevincini bizimlə bölüşdü. Həyatda hər kəsin bir məqsədi olmalıdır. Hədəfə çatmağımıza bizə yolumuzu müəyyənləşdirməyə, aldığımız təhsil, iradəmiz və qərarlı olmağımız kömək edir. Hər zaman həkimlik peşəsinə məndə böyük maraq olub. Ən böyük arzum həkim olmaq, insanların ümidlərini doğrultmaq olub, bu arzuma çatdığım üçün çox sevincliyəm, artıq vətənimiz üçün olan borcumuzu ödəməli işimizin peşəkarı olaraq vətəndaşlarımıza xidmət etməyi özumə məqsəd olaraq müəyyənləşdirdim.

     Yaxşı təhsil alıb, şəxsiyyət kimi formalaşmağımda əməyi olan bütün müəllimlərimə təşəkkür edirəm.


Açar sözlər: ,  ,