04.07.2019

Təhsil şöbəsində növbəti şura iclası keçirilib

    İyulun 4-də Ağdam Rayon Təhsil Şöbəsində növbəti şura iclası keçirilib.

    İclasda təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri və rayonun ümumtəhsil məktəblərinin müəllimləri  iştirak ediblər.

    Şurada rayonun Bakı şəhəri, rayon və qəsəbələrdə fəaliyyət göstərən məktəblərin IX siniflərində son 2 il və cari ildə keçirilmiş buraxılış imtahanlarının, təhsil şöbəsi tərəfindən rayonun bir sıra ümumtəhsil məktəblərində aparılmış monitorinqin nəticələri, ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi vəziyyəti və cari məsələlər ətraflı müzakirə edilib.

    Eyni zamanda iclasda Respublika fənn olimpiadalarının final mərhələsində biologiya fənni üzrə 71 nömrəli tam orta məktəbin XI sinif şagirdi Sadıxova Samirə Araz qızı, tarix fənni üzrə Üçoğlan kənd tam orta məktəbin XI sinif şagirdi Quliyev Emin Azər oğlu təhsil şöbəsi tərəfindən “Fəxri Fərman”la, 23 nömrəli tam orta məktəbin XI sinif şagirdi sərbəst güləş idman növü üzrə Avropa cempionu olmuş Birgül Sultanova  “Fəxri Fərman” və qiymətli hədiyyə ilə mükafatlandırılıblar.


Açar sözlər: