25.06.2019

Pedaqoji mühazirələr keçirilib

   İyunun 25-də Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda pedaqoji mühazirələr keçirilib.

   Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva pedaqoji mühazirələrin bir neçəsini dinləyib, bu mühazirələrdə çıxış edən müəllimlərə öz tövsiyələrini verib. Nazir müavini pedaqoji mühazirələrin əhəmiyyətinə toxunaraq müəllimlərin iş təcrübələrini bir-biri ilə bölüşməsinin  faydalı olacağını vurğulayıb.    

  Pedaqoji mühazirələr istedadlı uşaqlarla işin təşkili, məktəbəhazırlıq təhsilin inkişafı, ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsi, tərbiyə işlərinin təkmilləşdirilməsi və digər bölmələr də daxil olmaqla ümumilikdə 18 bölmədən ibarətdir. Ağdam r. Quzanlı kənd tam orta məktəbin müəllimi Elza İsayeva "Şəxsiyyətyönlü təhsil: təcrübə və metodika" bölməsi üzrə Şagirdlərdə nitq mədəniyyətinin formalaşdırılması yolları mövzusunda, Ağdam RTŞnin metodisti Zəminə Əsədova "Metodiki xidmətin təkminləşdirilməsi" bölməsi üzrə Məktəbəhazırlıq təhsilinin təşkilinə metodik köməkliyi necə təmin edirəm mövzusunda çıxış ediblər. 

    Pedaqoji mühazirələrin ilk mərhələsi cari ilin mart-aprel aylarında rayon və şəhərlərdə keçirilib.


Açar sözlər: ,