14.06.2019

Ağdam rayon ümumtəhsil məktəblərində son zəng tədbirləri keçirilib

    Ağdam rayon ümumtəhsil məktəblərində son zəng tədbirləri keçirilib.Tədbirdə Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova, ARİH nin nümayəndələri,  valideyinlər, müəllimlər iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayıb. Mətanət Misirxanova məzunlara xoş arzularını çatdıraraq bildirib, siz bu gündən həyatınızın yeni dövrünə qədəm qoyursunuz, siz arzuladığınız gələcəyi qurmağa hazırlaşan gənclərsiniz bu yolda sizə uğurlar arzulayırıq, yolunuz açıq olsun, yeni həyat qədəmləriniz mübarək olsun. Məktəbin direktoru Tünzalə Vəliməmmədova çıxış edərək məzunları təbrik edib onlara ən xoş arzularını çatdlrlb.

    Qeyd edək ki, Ağdam rayon ümumtəhsil məktəblərini 2018-2019 tədris ilində XI siniflər üzrə 1306 nəfər şagird bitirib.

    Tədbir şagirdlərin ifasında rəqs nümunələri ilə başa çatıb.


Açar sözlər: ,  ,  ,