31.05.2019

Narkomaniyaya yox deyək

    Ağdam rayon Heydər Əliyev mərkəzində Ağdam Rayon Polis Şöbəsinin, Ağdam Rayon İcra Hakimiyyəti və Ağdam RTŞ-nin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəb şagirdlərinin iştirakı ilə "Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib.

    Tədbirdə Ağdam Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Pərviz İsmayılov, DİN-nin tibb idarəsinə tabe olan Bərdə regional tibb xidmətinin əməkdaşı Həbib Məmmədov, Ağdam RİH-nin və Ağdam RTŞ- nin əməkdaşları iştirak ediblər.

   Tədbirdə narkotik vasitələrin sağlamlığa və insan mənəviyyatına zərərli təsiri haqqında eləcədə narkotik vasitələrə aludəçilik cəmiyyətdə insan mövqeyinin və nüfuzunun itirilməsidir, narkomanlıq – cinayətə aparan yoldur mövzularında şagirdlərə ətraflı məlumat verilib.

 


Açar sözlər: ,  ,  ,