29.05.2019

Fənn olimpiadalarının final mərhələsinin nəticələri məlum olub

   2018-2019-cu tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri məlum olub. Nəticələrə əsasən, Ağdam rayon 71 nömrəli tam orta məktəbin XI sinif şagirdi Sadıxova Samirə Araz qızı biologiya fənni üzrə II yerin qalibi olaraq "Gümüş" medala layiq görülüb.  Ağdam rayon Üçoğlan kənd tam orta məktəbin XI sinif şagirdi Quliyev Emin Azər oğlu tarix fənni üzrə III yerin qalibi olaraq "Bürünc"medala layiq görülüb. 

    Qeyd edək ki, Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib.

    Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

    Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimpiada.edu.az saytından əldə etmək mümkündür.

    Olimpiada qaliblərinin mükafatlandırılma mərasimi iyunun sonlarında təşkil ediləcək.

 


 


Açar sözlər: ,  ,