20.05.2019

Əlifba bayramı qeyd edilib

   Ağdam rayon 149 nömrəli tam orta məktəbində "Əlifba" bayramı qeyd edilib.Tədbirdə məktəb kollektivi ilə yanaşı Ağdam Rayon Təhsil Şöbəsinin əməkdaşları, valideynlər iştirak ediblər. Məktəbin direktoru Arzu Hüseyn və qonaqlar birinciləri Əlifba bayramı münasibətilə təbrik edib, onlara gələcək təhsil illərində uğurlar arzulayıblar. Əlifba bayramı üçün birincilər hazırladıqları səhnələri “Cırtdan və uşaqlar”, “Turpun nağılı” , rəqslərdən “ Nəlbəki”, “Cücələrim” , “Ağıllı kuklam və Valsı” oynayaraq tədbiri dahada rəngarəng etdiblər.

   Tədbirdə şagirdlər vətən haqqında şeirlər, maraqlı fikirlər,hikmətli sözlər söyləyiblər. 

   Şagirdlərin hər bir çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.


Açar sözlər: ,  ,  ,