10.05.2019

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

 Ağdam Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

  Tədbirlərdə Ağdam Rayon Təhsil Şöbəsinin, müxtəlif idarə və təşkilatların nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

    Tədbirlərdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Qeyd olunub ki, ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır. 

    Bir sıra rayon məktəblərinin şagird və müəllim kollektivləri Fəxri xiyabanı ziyarət ediblər.


Açar sözlər: ,  ,  ,