08.05.2019

Faşizm üzərində Qələbənin 74-cü ildönümü qeyd edilib

    Faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə Ağdam rayon Əhmədağalı kənd tam orta məktəbində tədbir keçirilib.Tədbirdə İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov, Ağdam RTŞ nin müdiri Mətanət Misirxanova, rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, məktəblilər iştirak ediblər. Tədbir iştirakçıları öncə Əhmədağalı kəndində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzüblər. Müharibədə həlak olan həmvətənlərimizin xatirəsi ehtiramla yad ediliblər. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov və başqaları çıxış edərək İkinci Dünya müharibəsi, Azərbaycanlıların müharibədə iştirakı, ön və arxa cəbhələrdə göstərdiyi misilsiz rəşadətdən, faşizm üzərində qələbənin qazanılmasında rolundan danışıblar.

  Sonra müharibə veteranları çıxış edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

     Tədbir məktəblilərin ifasında şeir və kompozisiyalarla başa çatıb.

 


Açar sözlər: ,  ,  ,