24.04.2019

Ağdam rayonunda "Oxu Günü" keçirilib

    Aprelin 24-də Ağdam rayon Mədəniyyət evində   “Oxu Günü” keçirilib. Tədbirdə Ağdam RTŞ nin müdiri Mətanət Misirxanova, rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və digər şəxslər iştirak ediblər.

    "Gəlin birgə oxuyaq" şüarı altında keçirilən “Oxu Günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəlib.

  Tədbirdə rayonun müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar, musiqi nömrələri təqdim olunub.

     Tədbir iştirakçıları məktəblilərin təqdimatlarını maraqla izləyiblər.