01.04.2019

31mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib

    Ağdam RTŞnin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 31mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində Ağdam RTŞ nin əməkdaşları, ziyalılar, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov Azərbaycanlıların başına gətirilən müsibətlərdən danışaraq bildirib ki, erməni faşistlərinin törətdikləri soyqırım aktları təkcə miqyasına və coğrafiyasına görə deyil, kütləviliyinə və mahiyyətinə görə də insanlığa sığmayan bəşəri cinayətdir. 
  Digər çıxış edənlər erməni millətçilərinin xalqımızın başına gətirdikləri müsibətlərdən, törətdikləri vəhşiliklərdən danışılaraq, bu təcavüzkar siyasətin hələ də davam etdirildiyi bildirilib. 
Soyqırımı Günü ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb.

  Həmçinin bəzi rayon məktəblərinin şagird və müəllim kollektivlərinin Quba Soyqırımı Memorial Kompleksinə ziyarətləri təşkil olunub.

 


Açar sözlər: ,  ,  ,