19.03.2019

Rayon məktəblərində bayram şənlikləri

    Ağdam rayon ümumi təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar təntənəli tədbirlər keçirilib. Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb. Bayram şənliklərində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirlərə rəngarənglik qatıb.

    Təhsil müəssisələrində Novruz bayramı münasibətilə divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, müxtəlif nominasiyalar üzrə müsabiqələr təşkil olunub.

    Sonda bayram tonqalı qalanıb, məktəblilər tonqal ətrafında yallı gediblər.


Açar sözlər: ,  ,  ,