03.03.2019

Mülki Müdafiə Günü ilə bağlı Xındırıstan kənd tam orta məktəbində tədbir keçirilib

   1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Ağdam Rayon Təhsil Şöbəsi və Fövqəladə Hallar Nazirliyinin Qarabağ  Regional Mərkəzinin təşkilatçılığı ilə Ağdam rayon Xındırıstan kənd tam orta məktəbində tədbir təşkil edilib. Təbirdə Ağdam RTŞ nin əmədaşı Xaliqverdi Cəfərov, Şəmsəddin Quliyev, mayor Anar Muradov, leytenant Həsən Nəsirov, valideynlər və şagirdlər iştirak ediblər. Keçirilən tədbirdə öncə əlamətdar günün tarixinə nəzər salınıb. Xatırladılıb ki, "Ümumdünya Mülki Müdafiə Günü" 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür. Mülki Müdafiənin başlıca vəzifəsi əhalinin mühafizəsidir. 

    Sonda şagirdlər öz bacarıqlarını nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,