25.02.2019

“Xocalı Harayı” adlı tədbir təşkil edilib

    Ağdam rayon 35 nömrəli tam orta məktəbində “Xocalı Harayı” adlı tədbir təşkil edilib. Tədbirdə Şəhid ailələrinə “Qayğı” ictimai birliyinin sədri Müşfiq Əliyev, şəhid ailələri, Qarabağ qaziləri, Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, Ağdam Rayon Təhsil Şöbəsinin nümayəndələri və valideynlər iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbirdə çıxış edən məktəbin direktoru İradə İbrahimova tədbir iştirakçılarına Xocalı faciəsinin dəhşətlərindən söz acaraq bildirib Xocalı qətliamı insanlıq tarixinə sürülən qara ləkədir.

   Məktəb şagirdlərinin hazırladıqları “Xocalı Harayı” filmi nümayiş olunub. Şagirdlər Xocalı rayonunda şəhid olmuş Xəqani Vidadi Hasil Aslanovlar qardaşlarının əziz xatirəsinə həsr edilmiş səhnəciklər göstəriblər.

    Tədbir şagirdlərin ifasında əbədi-bədii kompozisiyalar və şeirlərlə başa çatıb.


Açar sözlər: ,  ,  ,