22.02.2019

“Mənim Dilim, Döğma Dilim” adlı tədbir keçirilib

    Ağdam rayon 42 nömrəli tam orta məktəbində “Mənim Dilim, Döğma Dilim” adlı 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib.Tədbirdə Ağdam RTŞnin əməkdaşları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

    Məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini Zülfiyyə Məmmədovanın təşkilatçılığı ilə şagirdlərin ifasında müxtəlif ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri, rəqs nümunələri, şeirlər səsləndirilib.

 Tədbirdə çıxış edən məktəbin direktoru İlduzə Əsgərova şagirdlərə və tədbir iştirakçılarına Azərbaycan dilinin zənginliyindən söz açaraq bildirib, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

   Tədbir şagirdlərin ifasında rəqs nümunələrilə başa çatıb.


Açar sözlər: ,  ,  ,