15.02.2019

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri məlum olub

    Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Nəticələrə əsasən, bütün fənlər və siniflər üzrə 40 faiz və yuxarı (fizika fənni üzrə 10-cu sinif şagirdləri üçün isə 30 faiz və daha yuxarı) nəticə göstərmiş şagirdlər olimpiadaların növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar.

  Ağdam Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumitəhsil məktəblərindən Respublika fənn olimpiadalarında 402 nəfər şagird iştirak edib. Növbəti mərhələnin yarımfinal turuna 80 nəfər şagird vəsiqə qazanıb. Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin adlı siyahısı ilə www.olimpiada.edu.az saytından tanış olmaq mümkündür.

  Növbəti mərhələyə qeydiyyat 5-20 mart 2019-cu il tarixlərində www.olimpiada.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

    Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
 


Açar sözlər: ,  ,