14.01.2019

“Azərbaycan Generalları” mövzusunda dərs keçirilib

    Ağdam rayon 149 nömrəli tam orta məktəbində VII, VIII, IX sinif şagirdlərinə “Azərbaycan Generalları” mövzusunda dərs keçirilib. Məktəbin tarix müəllimi Solmaz Məmmədova Azərbaycanın Milli Qəhramanları və Generalları haqqında şagirdlərə ətraflı məlumat verib. Tədbir şagirdlərin vətənpərvərlik haqqında kompozisiya və kiçik səhnəçik nümunələrilə davam etdirilib.


Açar sözlər: ,  ,