29.12.2018

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il qeyd edilib

   Ağdam Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il qeyd edilib. Tədbirlərdə şagirdlər Həmrəylik Günü və Yeni İlə həsr olunmuş İngilis, Rus və Azərbaycan dillərində şeirlər söyləyiblər, mahnılar oxuyublar.

     İbtidai sinif şagirdlərinin ifasında milli və xarici rəqslər nümayiş olunub, əl işləri və rəsm  nümunələrinin nümayişi təşkil edilib.


Açar sözlər: ,  ,  ,