25.12.2018

Rayon Təhsil Şöbəsində təhsilyanı şura iclası keçirilib

    Dekabrın 25-də Ağdam Rayon Təhsil şöbəsində təhsilyanı şura iclası keçirilib.
İclasda Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova, Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ağa Zeynalov, 10 saylı ƏMHM-nin nümayəndəsi Valeh Kərimov, Ağdam RTŞ-nin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. 
    Təhsilyanı şura iclasında ilk olaraq 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi, fəaliyyət planına uyğun olaraq görülən işlər barədə məlumat verilib və cari məsələlər ətraflı müzakirə edilib.

    İclasda Ağdam rayon məktəblilərinin müxtəlif idman növləri üzrə keçirilən yarışlarda qalib olmuş şagirdləri Ağdam RTŞ tərəfindən “Fəxri fərman” la təltif ediliblər.

    Daha sonra Ağdam Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində aparılmış monitorinqlərin nəticələri müzakirə edilib. Şura iclası qərar layihəsinin oxunması ilə yekunlaşıb.


Açar sözlər: ,