14.12.2018

“Yol qaydaları” adlı tədbir keçirilib

    1 nömrəli Uşaq Yaradıcılıq mərkəzi və Ağdam rayon 149 nömrəli tam orta məktəbin təşkilatcılığı ilə “Yol qaydaları” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi, polis əməkdaşları, şagirdlər və Ağdam RTŞ nin əməkdaşları iştirak ediblər.

    Məktəblilərə yol hərəkəti qaydaları haqqında  ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi qeyd edilib. Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi qeyd edilib.

    Tədbirdə şagirdlərin yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid səsləndirdiyi şeirlər və mahnılar da maraqla qarşılanıb.


Açar sözlər: ,  ,