12.12.2018

Ulu öndər Heydər Əliyevin anım günü

    Ağdam Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar anım tədbirləri keçirilib. Tədbirlərdə Ağdam RTŞ nin əməkdaşları, təhsil  müəssisələrinin  pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər. Anım tədbirlərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Tədbirdən öncə müəllim və şagirdlər Űmummilli lider dahi şəxsiyyət Heydər Əliyevin Fəxri­ xiyabandakı məzarını­ ziyarət ediblər. Tədbirlərdə məktəblilər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər. Dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar, filmlər nümayiş etdirilib.

     Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar təhsil müəssisələrində fotostend, sərgi,  müsabiqələr  təşkil olunub.


Açar sözlər: ,  ,  ,