18.10.2018

18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib

    Ağdam rayon ümumi təhsil məktəblərində 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.Tədbirdə şagirdlərin rəsm və əl işləri nümayiş edilib.

    Tədbirdə məktəbin tarix müəllimləri çıxış edərək, bayramın yaranma tarixindən, keçdiyi həyat yolundan danışıblar. Qeyd ediblər ki,ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdırlar. Hazırki müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. Onun qurduğu, yaratdığı müstəqil, suveren Azərbaycan dövləti yaşayır və yaşayacaqdır. 
Daha sonra tədbir şagirdlərin çıxışları ilə davam etdirilib.


Açar sözlər: ,  ,  ,  ,