15.09.2018

Ağdam rayon ümumtəhsil məktəblərində “Bilik Günü” qeyd olunub

    Bütün ölkə ərazisində olduğu kimi Ağdam rayon ümumtəhsil məktəblərində “Bilik Günü” qeyd edilib. Keçirilən silsilə tədbirlər çərçivəsində 15 sentyabr 2018-cü il tarixində yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə rayon ərazisində yerləşən Qaradağlı kənd tam orta məktəbində tədbir keçirilib.
    Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçsı cənab Vaqif Həsənov, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.
    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsələndirilməsi ilə açıq elan edilib. Çıxış edən məktəbin direktoru Gülnurə Məmmədova tədbir iştirakçılarını salamlayaraq təhsilə göstərilən dövlət qayğısına görə ölkə prezidenti cənab İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

    Tədbirdə şagirdlərin ifasında rəqs nümunələri ifa edilib.

 


Açar sözlər: ,  ,  ,  ,