10.09.2018

Ağdam rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

    10 sentyabr 2018 ci il tarixində Ağdam rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
   Konfrans Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın 2017-2018-ci tədris ilində görülən işlərələ bağlı hesabat məruzəsi ilə başlayıb. Mətanət Misirxanova qeyd edib ki, 2017-2018-ci tədris ilində rayonun ümumtəhsil məktəblərini 1461 nəfər şagird bitirib, onlardan 1015 nəfəri ali təhsil müəssisələrinə keçirilən qəbul  imtahanlarında iştirak edib, məzunlardan 577 nəfəri (56.85%) mùxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Məzunlardan 84 nəfərinin 500-600 arası, 42 nəfərinin 600-700 arası bal topladığı boyük sevinc hissi ilə qeyd edilib. Konfrasda məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağı bildirilib.

    Konfransda çıxış edən təhsil nazirliyinin nümayəndəsi Hümeyir Əhmədov təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb, "Bilik Günü" münasibətilə təhsil işçilərini təbrik edib, onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb.


Açar sözlər: ,  ,