11.06.2018

“Əlifba bayramı” keçirilib

 Ağdam rayon 36 nömrəli köçkün tam orta məktəbində birincilərin “Əlifba bayramı” keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Tədbirdə birincilər il ərzində keçdikləri hərfləri, rəqəmləri, öyrəndikləri bilikləri nümayiş etdiriblər, mahnılar oxuyub, maraqlı səhnəciklər göstəriblər.

Tədbirin sonunda şagirdlər müvəffəq nəticələrə əsasən diplomlarla təltif ediliblər.


Açar sözlər: ,  ,  ,