Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr edilmiş bayram tədbirləri davam edir
Ağdam rayon 32 nömrəli köçkün tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü münasibətilə bayram tədbiri keçirilib. Tədbirin bədii hissəsində şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və müsiqi əsərləri səsləndirilib.