30.05.2018

“Tariximiz və bugünümüz” adlı bayram tədbiri keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr edilmiş bayram tədbirləri davam edir. Ağdam rayon 42 nömrəli köçkün tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü münasibətilə “Tariximiz və bugünümüz” adlı bayram tədbiri keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Məktəbin direktoru  İlduzə Əsgərova  tədbirin əhəmiyyətindən danışıb, Azərbaycanın şanlı tarixə malik olduğunu faktlarla diqqətə çatdırıb, bu kimi tədbirlərin gənc nəslin milli şüurunun formalaşmasında müstəsna rolu olduğunu bildirib. Tədbirin bədii hissəsində şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənib, rəngarəng rəqs nümunələri ilə tədbir başa çatıb


Açar sözlər: ,  ,  ,