Ağdam 149 nömrəli köçkün tam orta məktəbin müəllim və şagird kollektivi Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümünə həsr edilmiş "Müstəqilliyimiz Əbədidir" adlı tədbir keçiriblər.
Tədbirdə ilk olaraq şagirdlər muzeyi ziyarət edərək Azərbaycan xalqının milli-azadlıq hərəkatını əks etdirən eksponatlarla tanış olublar, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.