27.02.2018

Məktəblilər Memorial soyqırım muzeyin ziyarət ediblər

Ağdam Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial soyqırım muzeyin ziyarət ediblər. Tarixə qanlı hərflərlə yazılmış Xocalı soyqırım faciəsindən artıq 26 il ötür. Memorial soyqırım muzeyi də Xocalı soyqırımı haqqında həqiqətlərin geniş kütlələrə çatdırılması, xüsusən də, gənc nəslin bu barədə məlumatlandırılması yolu ilə soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.  Ekskursiyanin təşkil edilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunun yuksəldilməsi, qan yaddaşının möhkəmləndirilməsidir. Ekskursiya zamanı şagirdlərə Xocalı faciəsi haqqında ətraflı məlumat verilib.


Açar sözlər: ,  ,